Hadisə

Azərbaycanda ardıcıl ikinci zəlzələ oldu - YENİLƏNİB

26 Yanvar 2015 10:13
0 Şərh     Baxış: 3 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
10:13

Azərbaycanda bir gün ərzində ikinci zəlzələ baş verib.

Anspress-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 09:36-da Qubadan 31 km cənub-şərqdə, Şabran rayonu ərazisində qeydə alınıb.

Zəlzələ yerin 7 km dərinliyində, 3,5 bal gücündə baş verib.

Qeyd edək ki, bu səhər Quba rayonunda da zəlzələ baş verib.

AMEA Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07.30.03-də Qubadan 27 km cənub-şərqdə qeydə alınıb.

İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 5 bala yaxın, yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.

Təkanlar yerin 37 km dərinliyində meydana gəlib.

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, yeraltı təkanlar rayon mərkəzi ilə yanaşı, dağlıq ərazilərdə və rayonun bir çox kəndlərində hiss olunub.

X X X 

"Bu səhər Quba rayonunda baş verən 5 bal gücündə zəlzələ yerin altında yığılan enerjinin boşaldığını göstərir".

Bunu anspress-ə açıqlamasında Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, bu yeraltı təkanlar elə də zəif deyil. Qurban Yetirmişli qeyd edir ki, bundan sonra həmin ərazidə afterşoklar gözlənilir:

"Qubanın bir neçə kəndində, ola bilsin ki, afterşoklar baş versin. Ancaq həmin zəlzələlər dağıdıcı və güclü ola bilməz. Avterşokların gücü bu gün baş verən 5 ballıq zəlzələni keçməyəcək".

---------
09:06

Quba rayonunda zəlzələ baş verib.

Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, bu səhər yerli vaxtla saat 07:30-də Qubadan 27 km cənub-şərqdə Quba ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 5, dərinliyi 9 km olan zəlzələ episentirdə 5 bal, yaxın yaşayış mantəqələrində 4-3 bala qədər hiss olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.