Hadisə

Göyçay sakini yük maşınının altında qaldı

25 Yanvar 2015 18:30
0 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Göyçay şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
 
Göygöl rayon sakini, 1969-cu il təvəllüdlü Rəhimov Etibar Kamal oğlu idarə etdiyi 90-JX-529 dövlət nömrə nişanlı "Hyundai" markalı yük avtomobili ilə yolu keçən piyadanı, Göyçay şəhər sakini, 1946-cı il təvəllüdlü Babayev Mirəli Mirhüseyn oğlunu vurub.
 
Ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Mirəli Babayev orada dünyasını dəyişib.
 
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.