Hadisə

Ölümlü qəza qəsəbənin qazını kəsdi

25 Yanvar 2015 10:48
0 Şərh     Baxış: 1 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ələt-Astara magistral yolunda ağır yol qəzası olub.

Anspress-in məlumatına görə, hadisə gecə saatlarında baş verib.

Ələt-Astara magistral yolunun 230-cu kilometrliyində yolun Astara rayonu Ərkivan qəsəbəsindən keçən hissəsində Qasımov Elçin Firudin oğlunun idarə etdiyi "VAZ 2106" avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil aşaraq yolun kənarındakı qaz borusuna çırpılıb, sürücü yerindəcə keçinib, qaz borusu sıradan çıxıb. Bu səbəbdən Ərkivan qəsəbəsinə mavi yanacaq verilməsi dayandırılıb.

Məlumata görə, 28 yaşlı Qasımov Elçin Firudin oğlu Degədi kənd sakini olub.

İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub. Hadisə Astara Rayon Prokurorluğunda araşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.