Hadisə

Astarada 13 yaşlı qız evdən qaçdı - FOTO

26 Dekabr 2014 14:55
0 Şərh     Baxış: 3 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Astara rayonunun Pensər kənd sakini, 2001-ci il təvəllüdlü Dilşad İntiqam qızı Quliyeva itkin düşüb. Bu barədə APA-ya Astara Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Dilşad Quliyeva 2014-cü il dekabrın 17-də gecə saat təxminən 03.30 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
 
Onun boyunun təxminən 140-145 sm, saçlarının şabalıdı, dolu bədənli olduğu bildirilir.
 
Dilşad Quliyevanı görən şəxslərdən (02522) 5-40-99 və (050) 3344454, (070) 6365303 (mobil) telefon nömrələrinə zəng vurmaları xahiş olunur.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.