Hadisə

Nəbatat bağında DAVA

21 Dekabr 2014 19:17
Baxış: 1 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nəbatat bağında xuliqanlıq hadisəsi baş verib. Milli.Az lent.az-a istinadən xəbər verir ki, 9-cu Polis Bölməsinə müraciət edən 1993-cü il təvəllüdlü Əliyev Şahid David oğlu bildirib ki, Badamdar şosesi 40 ünvanında yerləşən bağda tanımadığı şəxs onu döyüb. Şikayətçi qeyd edib ki, olay dekabrın 6-da saat 14:30 radələrində baş verib.

İlkin araşdırmalardan sonra Ş.Əliyevi döyən şəxsin Nəbatat bağının mühafizəçisi, 1986-cı il təvəllüdlü Babayev Elxan Rövşən oğlu olması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.