Hadisə

İmişli və Sumqayıtda 5 otaqlı ev, Bakıda isə istixana yandı

21 Dekabr 2014 09:57
0 Şərh     Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gün axşam saatlarında bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Məzrəli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli, 5 otaqlı evdə yanğın olub. Nəticədə evin 2 otağının yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 150 kv.m olan istixanada yanğın baş verib. Nəticədə istixananın yanar konstruksiyaları və 150 kv.m sahədə qamışlıq sahə, qonşu evin həyətyanı sahəsində 150 kv.m sahədə qamışlıq sahə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 5 otaqlı evdə yanğın olub. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.