Hadisə

İsmayıllıda 5 yaşlı qızın ürək sızladan faciəsi - YENİLƏNİB - VİDEO

20 Dekabr 2014 16:48
2 Şərh     Baxış: 5 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:48

İsmayıllıda baş verən hadisənin tərərrüatı bəlli olub.

İkiotaqlı evin yanmasına qısaqapanmanın səbəb olduğu ortaya çıxıb. Nəticədə ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Ən dəhşətlisi isə - 5 yaşlı Usubova Nuray Mirzə qızı diri-diri yanıb.

Milli.Az bildirir ki, "Kanal S"in İsmayıllı bürosundan alınan məlumata görə, hadisə baş verən zaman uşağın anası özünü itirib və uşağı xilas etmək mümkün olmayıb. Hadisə bu gün saat 11 radələrində İsmayıllının Kürdmaşı kəndində qeydə alınıb. Kənd sakini Usubov Mirzə Səlim oğluna məxsus evdə baş verən yanğının söndürülməsi üçün əraziyə İsmayıllı və Göyçay yanğından mühafizə hissələrindən 3 maşın və canlı qüvvə cəlb olunub.

---------
12:05

Bu gün saat 11 radələrində İsmayıllı rayonunda dəhşətli yanğın olub.

Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, yanğın Kürdmaşı kəndində Mirzə Usubova məxsus evdə qeydə alınıb.

Hadisə yerinə 5 yanğınsöndürən maşın, xilasedicilər və həkimlər cəlb olunublar.

Baş verən yanğının söndürülməsi üçün əraziyə İsmayıllı və Göyçay yanğından mühafizə hissələrindən 3 maşın və canlı qüvvə cəlb olunub. Hazırda yanğın davam edir və yanğınsöndürənlər hadisə yerində işləyirlər.

Yanğın nəticəsində ev sahibinin 5 yaşlı qızı Nuray yanaraq ölüb.

Çətinliklə də olsa, alovun qarşısı alınıb. Yanğın nəticəsində ev tamam külə dönüb.

İlkin ehtimala görə, hadisə elektrik qısaqapanması nəticəsində qeydə alınıb.

Lakin hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

---------
16:48

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.