Hadisə

Bakıda 8 mərtəbəni yanğın bürüdü - YENİLƏNİB - FOTO

20 Dekabr 2014 13:10
0 Şərh     Baxış: 2 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:10

Bakıda hündürmərtəbıli binalarda yanğın baş verib, sakinlər təxliyyə olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytina istinadən bildirir ki, Bakı şəhəri, Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən 13-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelleri 200 p.m yanıb. Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

----------
11:40

Bakının Yeni Yasamal qəsəbəsində yeni tikilidə yanğın baş verib. Milli.Az-ın məlumatına görə, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.

"Binanın 9-cu mərtəbəsində elektrik kabelləri yanıb. Elə tüstü çıxıb ki, sanki bir neçə mənzil yanır", - oxucu qeyd edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.