Hadisə

Masallıda villa yandırıldı

20 Dekabr 2014 10:11
0 Şərh     Baxış: 1 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Masallıda gecə 03-04 radələrində dəhşətli yanğın meydana gəlib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Masallı rayonunun Çayqırağı kənd sakini Şöhrətdin Məmmədova məxsus fərdi yaşayış evində güclü yanğın baş verib.

Ümumi sahəsi 380 kv. metr olan 2-mərtəbəli 8- otaqlı ev yanğın nəticəsində külə dönüb. Xoşbəxtlikdən, yanğın baş verən zaman evdə heç kim olmayıb. Ev sahiblərinin hazırda Rusiyada yaşadıqları bildirilir. Yanğının da məhz elə bunu bilən kimlərsə tərəfindən törədildiyi deyilir.

Belə ki, evin həyətindəki hasar naməlum şəxslər tərəfindən sökülüb, sonra evdə olan bahalı əşyalar oğurlanıb. Oğrular öz əməllərini gizlətmək və hadisənin izini itirmək məqsədilə daha sonra evə od vurublar. Hadisə baş verənə qədər qaz xətti bağlı olub ki, qazın da həmin vaxt oğrular tərəfindən açıldığı qeyd edilir. Buna səbəb kimi onların qonşu evlərə də zərər vurmaq niyyətində olduqları göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.