Hadisə

Nəqliyyat Departamentinin işçisinin ayağını qırdılar - YENİLƏNİB - VİDEO - FOTO

20 Dekabr 2014 12:12
4 Şərh     Baxış: 6 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
09:04

Gecə Bakının Yasamal rayonu ərazisində taksi sürücüsü Nəqliyyat Departamentinin əməkdaşını döyüb. Hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında, Sumqayıt şəhərinə işləyən taksilərin dayandığı yerdə baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, Bakı sərnişin və yük daşıma departamentinin əməkdaşı 27 yaşlı Mirsadıq Həmidov xidməti vəzifəsini yerinə yetirərkən 50 CK 149 dövlət nömrə nişanlı "Opel" markalı nəqliyyat vasitəsini idarə edən taksi sürücüsü, Vüsal adlı şəxs tərəfindən döyülüb. Taksi sürücüsü nəqliyyat işçisini döydükdən sonra hadisə yerindən uzaqlaşaraq məsuliyyətdən qaçıb.

Hadisə zamanı ayağı və burnu sınan Mirsadıq Həmidov isə təcili tibbi yardım maşını ilə 1 saylı kliniki tibbi mərkəzə çatdırılıb.

Yaralıya xəstəxanada yardım edildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə barədə aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat verilib. Zərərçəkən Mirsadıq Həmidovun izahatı alınıb. Polis nəqliyyat nəqliyyat işçisini döyən taksi sürücüsünün axtarışına başlayıb.

Faktla bağlı araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək.

Milli.Az

---------
12:12

Videonu izləmək üçün şəklə klikləyin.




Внимание! У вас отключен JavaScript, или установлена старая версия проигрывателя Adobe Flash Player. Загрузите последнюю версию флэш-проигрывателя.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.