Hadisə

Azərbaycanda dəhşətli qəza: sürücü yanaraq dünyasını dəyişib - YENİLƏNİB - VİDEO

20 Dekabr 2014 11:25
0 Şərh     Baxış: 3 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
19.12.2014
22:08

Xaldan-Mingəçevir yolunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Yevlax rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə hadisə bu gün axşam saat 19:30 radələrində Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində qeydə alınıb.

Şəki rayonu Kiçik Dəhnə kənd sakini, 1964-cü il təvəllüdlü İsmayılov Famil Möhtərəm oğlunun idarə etdiyi 90-XE-438 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını qarşı tərəfdən gələn Mingəçevir sakini 1958-ci il təvəllüdlü Süleymanov Zaman Süleyman oğluna məxsus 60-BH-405 dövlət nömrə nişanlı "KAMAZ" markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində hər iki avtomobil yoldan çıxaraq aşıb. "Mercedes" markalı minik maşınında qəflətən başlayan yanğın qısa vaxtda avtomobilin bütün hissələrini əhatə edib.

Əraziyə FHN-nin Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Famil İsmayılov yanaraq dünyasını dəyişib. "KAMAZ"ın sürücüsü Zaman Süleymanov yüngül bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


----------------
20.12.2014
11:25


Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.