Hadisə

Imişlidə 1 gündə 2 ev yandı

19 Dekabr 2014 19:21
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İmişli rayonunun Göbəktala kəndində Səhhət Məmmədova məxsus evdə yanğın olub. El TV xəbər verir ki, evin mətbəx hissəsində başlayan yanğın qısa müddətdə güclənib. Hadisə zamanı evin dam örtüyü və 40 kvadratmetr sahəsi yanıb. Əraziyə İmişli Rayon Yanğından Mühafizə Xidmətinin iki ədəd texnika və canlı qüvvəsi cəlb edilib.
Alov söndürülüb. Evin 110 kvadratmetri və bir çox əşyalar yanğından mühafizə edilib.

İmişli şəhəri, Qadir İsmayılzadə küçəsində yaşayan Rasim Cəfərova məxsus 2 mərtəbəli evdə də yanğın baş verib. Bu zaman ev sahibinin 1-ci mərtəbədə saxladığı 2 min 700 toyuğu yanıb. Hadisə yerinə İmişli Rayon Yanğından Mühafizə Xidmətinin texnika və şəxsi heyəti cəlb edilib. Alov söndürülüb və 2-ci mərtəbəyə keçməsinin qarşısı alınıb. Hər iki hadisənin elektrik naqilində baş verən qısa qapanmadan yarandığı ehtimal edilir.
Araşdırmalar davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.