Hadisə

Azərbaycanda şair faciəvi şəkildə öldü - YENİLƏNİB - VİDEO

19 Dekabr 2014 13:40
0 Şərh     Baxış: 5 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
76 yaşlı şairin meyiti çay kənarında tapılıb

12:35


Qax rayonunda itkin düşən və bir neçə gün sonra bədbəxt hadisə nəticəsində öldüyü məlum olan 76 yaşlı kişi ilə bağlı maraqlı məlumatlar üzə çıxıb. Milli.Az lent.az-a istinadən xəbər verir ki, Səməndər Quliyev dekabrın 14-ündə əzgil yığmaq üçün meşəyə gedib. Lakin o, axşam evə qayıtmayıb və bunu görən yaxınları polisə müraciət edib, və kənd ətrafında axtarışlar başlayıb. Axtarışlara kənd camaatı da qoşulub və dünən 76 yaşlı kişinin meyiti meşədə çay kənarında - "bənd" adlanan ərazidə tapılıb.

Məlum olub ki, S.Quliyev hündürlükdən yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qeyd edək ki, dünyasını dəyişən şəxs şairdir və onun bir neçə şeir kitabı Səməndər imzası ilə çap edilib.

Milli.Az

----------
13:40

Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.