Hadisə

Masallıda yırtıcı kəndə hücum çəkib - FOTO

18 Dekabr 2014 17:31
0 Şərh     Baxış: 1 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Masallı rayonunda canavar kəndə hücum edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

Vəhşi heyvan kənd sakini Məhərrəm Məhərrəmovun yaşadığı evin həyətyanı sahəsinə girib. Canavarı görən ev sahibi qonşularını köməyə çağırıb. Kənd sakinləri vəhşini toyuq hininə salıb tutublar.

Hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi İdarəsinə və rayon Baytarlıq İdarəsinə məlumat verilib. Aidiyyəti orqanların əməkdaşları kəndə gələrək canavarı təhvil alıblar.

Daha sonra canavar meşəyə buraxılıb.

Yerli sakinlərin sözlərinə görə, indiyədək kənd yaxınlığında canavara rast gəlinməyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.