Hadisə

Bakıda keçmiş deputatın düşdüyü dəhşətli qəzanın anbaan görüntüləri - VİDEO - FOTO

18 Dekabr 2014 14:56
0 Şərh     Baxış: 9 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xəbər verdiyimiz kimi, ötən gün keçmiş millət vəkili Əliməmməd Nuriyev Neftçilər prospektində ağır qəzaya düşüb.

Milli.Az xəbər verir ki, azxeber.com-un əldə etdiyi özəl videoda qəzanın anbaan görüntüləri yer alır. Ə.Nuriyevin avtomobilinin arxasınca hərəkətdə olan avtomobilin videoregistratoru tərəfindən lentə alınan görüntülərdə qəzanın baş vermə səbəbləri açıq-aşkar görünür. Belə ki, görüntülərdə Əliməmməd Nuriyevin idarə etdiyi "Mitsubişi Pajero" markalı avtomobil Azadlıq meydanına çatarkən dönmə əməliyyatı etməyə çalışır. Bu zaman onun sol tərəfi ilə ötmə əməliyyatı etməyə çalışan BMW markalı avtomobil Ə.Nuriyevin avtomobili ilə toqquşur. Nəticədə "Pajero" markalı avtomobil aşır.

Görüntülərdə yaxınlıqdakı vətəndaşların köməyi ilə keçmiş deputatın tərsinə çevrilmiş avtomobildən çıxarıldığı görünür.

Xatırladaq ki, qəza ötən gün günorta saatlarında baş verib. Qəza nəticəsində Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.

Sözügedən görüntüləri təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.