Hadisə

Bakıda velosipedçini maşın belə vurdu - VİDEO

18 Dekabr 2014 12:44
1 Şərh     Baxış: 2 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Maşınların arası ilə şütüyən azyaşlının bir saniyədə bəxti gətirdi

Milli.Az avtosfer.az-a istinadən Bakıda avtomobillə velosipedin toqquşmasını əks etdirən videonu təqdim edir. Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu görüntüdə sürücünü qınamaq olmaz. Çünki sürücü öz yolu ilə və aşağı sürətlə hərəkət edir. Qəflətən maşınların arasından çıxan velosipedçi isə yaranmış vəziyyətdən yayına bilmir və sürətlə maşına çırpılaraq yıxılır. Bir-iki saniyə tez yola çıxmış olsaydı, yəqin ki, avtomobilin altında qalacaqdı. Bu qəzada, sadəcə, onun bəxti gətirdi.
 

Əziz velosipedçilər! Yol hərəkəti qaydaları sizlərə də aiddir. Bu vəziyyətdə yola çıxmaq olduqca təhlükəlidir. Yolun hərəkət hissəsinə çıxarkən sağa-sola baxmaq lazımdır. Sıxlıq varsa, yolu keçmək lazımdırsa, velosipeddən düşüb yeriyərək keçin. Bununla siz həm öz həyatınızı, həm də başqalarını xilas etmiş olarsınız. Bundan əlavə, valideynlər uşaqlarına velosiped alarkən bu şərtləri onlara mütləq izah etməlidirlər. Ən başlıcası isə unutmaq olmaz ki, azyaşlıların velosipedlə yolun hərəkət hissəsinə çıxması qanunla qadağandır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.