Hadisə

Bu kişini görən olub?

27 Noyabr 2014 20:15
0 Şərh     Baxış: 1 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda 61 yaşlı kişi itkin düşüb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, rayonun Vilvan kənd sakini İlqar Əlizaman oğlu Hüseynov Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək atası, 1953-cü il təvəllüdlü Əlizaman Hacıbaba oğlu Hüseynovun noyabr ayının 21-də saat 16:00 radələrində yaşadığı evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

Qeyd edək ki, Ə.Hüseynov Lənkəran rayonlararası psixiatriya xəstəxanasında ağır dərəcəli debillik diaqnozu ilə qeydiyyatdadır. Boyu təxminən 170 sm olan Ə.Hüseynov arıq bədən quruluşuna malikdir. Sifəti qarayanız, gözləri isə qəhvəyi rəngdədir. Sonuncu dəfə evdən çıxarkən əynində qara kepka, qara pencək, qara şalvar və qara uzun çəkmə olub.

Ə. Hüseynovu görən şəxslərdən (025) 25-4-83-38 və (050) 542-37-02 (mobil) telefon nömrələrinə zəng vurmaları xahiş olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.