Hadisə

Bakıda üç ay əvvəl evlənən gənc özünü körpüdən atmaq istədi - SƏBƏB - YENİLƏNİB - VİDEO - FOTO

26 Noyabr 2014 23:47
12 Şərh     Baxış: 10 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:47

Musavat.com 24 yaşlı gəncin intihara cəhdinin dəqiq səbəbini öyrənib. Məlum olub ki, Şahmarov Şəhriyar Müqəddim oğlu 3 ay əvvəl ailə qurub. Onun müxtəlif şəxslərə 6000 manata yaxın borcu var. Pul sahiblərinin təzyiqlərinə tab gətirə bilməyən gənc çıxış yolunu intiharda görüb.

Qardaşı Şəhriyar Şahmarova təsadüfən zəng edib və "intihar etməyə gedirəm" cavabını eşidib. Bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.
 

Hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


---------
23:10


Metronun "Koroğlu" stansiyası yaxınlığında intihar etmək istəyən gənc xilas edilib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, 24 yaşlı gəncin intihara cəhdinin səbəbi dəqiqləşdirilib. İlkin məlumata görə, Şəhriyar Şahmarov sevdiyi qızdan rədd cavabı alıb və körpüyə də bu səbəbdən çıxıb.

Başqa bir məlumata görə isə, Şəhriyar Şahmarovun tanışına 6500 manat borcu var. Onun intiharının mümkün səbəblərindən biri də budur. O, asma körpünün yanına qardaşı ilə gəlib. Qardaşlardan biri körpüyə çıxıb, digəri isə əvvəlcədən razılaşdırıldığı kimi polisə xəbər verib.

---------
22:57


Metronun "Koroğlu" stansiyası yaxınlığında intihar etmək istəyən gənc xilas edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, FHN-in psixoloq heyətinin körpüdən özünü atmaq istəyən1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğlu ilə apardığı danışıqlar müsbət nəticə verib.

Gənc təhlükəsizlik qaydalarına əməl etməklə körpüdən endirilib və aidiyyatı üzrə təhvil verilib.

--------
22:35


Bakıda daha bir nəfər intihar məqsədilə "Koroğlu" körpüsünə çıxıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri və polislər cəlb olunub.

İntihar etmək istəyən şəxslə danışıqlar aparılır. Hələ ki, özünü öldürmək istəyən şəxsin kimliyi barədə məlumat verilmir.

APA-nın verdiyi məlumata görə, körpüdən özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğludur.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Ş.Şahmarovu fikrindən daşındırmaq üçün danışıqlar aparırlar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

--------
23:37



--------
23:10





--------
22:35


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.