Hadisə

Lənkəranda partlayan su borusu qəzaya səbəb oldu

25 Noyabr 2014 19:01
0 Şərh     Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Cənub bölgəsində bir neçə gündür ki, havaların qeyri-sabit keçməsi artıq qış mövsümündə müəyyən problemlərin yaşanacağı ilə bağlı ilk mesajını verdi. Belə ki, Lənkəranda həyətlərin sel sularına qərq olduğu bir vaxtda digər tərəfdən də şəhərin əsas küçələrindən hesab olunan Axund Mirzə Məhəmmədhüseyn küçəsində yeraltı su xəttinin sıradan çıxması sakinlərin həyat şəraitini bir az da çətinləşdirib.

Milli.Az CTV-yə istinadən xəbər verir ki, su borusunun partlaması asfalt örtüyünün sıradan çıxmasına səbəb olub. Axan su kanalizasiya xəttinə, oradan da birbaşa həyətyanı sahəyə dolur. Sakinlərin bildirdiyinə görə, bu hadisə bir müddət əvvəl də baş verib. Aidiyyəti qurumlar problemi aradan qaldırsalar da, nəticə elə göründüyü kimidir.

Adıçəkilən küçədə borunun partlaması hətta yol-nəqliyyat hadisəsinin baş verməsinə də səbəb olub. Məsələ ilə bağlı Lənkəran Su Kanal İdarəsinin rəisi Rövşən Təhməzovla əlaqə saxladıq. Məlum hadisədən xəbərsiz olduğunu deyən idarə rəisi bildirdi ki, məsələnin həlli tikinti şirkətinin səlahiyyətinə aiddir. Təhməzov sonda bildirdi ki, adıçəkilən əraziyə nümayəndə göndəriləcək və problem tezliklə aradan qaldırılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.