Hadisə

Gürcüstan vətəndaşı Azərbaycanda adam vurdu

25 Noyabr 2014 14:59
0 Şərh     Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kürdəmirdə minik avtomobilini yolun kənarında saxlayıb qarşı tərəfə keçmək istəyən sürücünü yük maşını vurub.

Milli.Az EL TV-yə istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax magistralının Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində  qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan Gürcüstan vətəndaşı Bejan Misaşvili idarə etdiyi yük avtomobili ilə yolu keçən piyada, Mingəçevir şəhər sakini Firdovsi Adıgözəlovu vurub. Yaralı  dərhal Kürdəmir  Rayon Mərkəzi  Xəstəxanasına  çatdırılıb. Xəstəyə ilkin  tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda  onun  vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma  aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.