Hadisə

Bakıda torpaq sürüşdü: maşınlar piltələrin altında qaldı

23 Noyabr 2014 15:57
10 Şərh     Baxış: 7 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İri plitələr uçaraq sakinlərin maşınlarının uzərinə aşıb

Bu gecə yağan yağış Bakıda torpaq sürüşməsinə səbəb olub.

Sakinlərin anspress-ə verdiyi məlumata görə, hadisə Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi, 42 saylı binanın qarşısında baş verib. Hadisə nəticəsində iri plitələr uçaraq sakinlərin maşınlarının uzərinə aşıb.

Bakıda yağan yağışlar nəticəsində bu gecə həm də yaşayış evlərinə su dolub. Xətai rayonu sakinləri gecə saat 5 radələrində bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət ediblər.

FHN-in məlumatına görə, Bakının Xətai rayonunda yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Birgə keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb, suyun ərazidən çəkilməsinə nail olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.