Hadisə

Batan 11 yaşlı uşağın meyiti tapıldı

23 Noyabr 2014 15:04
0 Şərh     Baxış: 1 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yuxarı Qarabağ kanalında batan 11 yaşlı uşağın meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 2014-cü ilin noyabrın 11-də Mingəçevirdə Yuxarı Qarabağ kanalında batan 2003-cü il təvəllüdlü Novruzov Toğrul Hikmət oğlunun axtarışları başa çatdırılıb.

Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 16 km aralıdan tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.