Hadisə

Xudatda yırtıcılar kişiyə "od qoydular" - FOTO

22 Noyabr 2014 17:21
0 Şərh     Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xudat şəhərində yırtıcı heyvanlar şəxsi təsərrüfata hücum edib. APA-nın verdiyi məlumata görə, ötən gecə baş verən hadisə 49 yaşlı şəhər sakini İsmayıl Muradovun həyətyanı sahəsində qeydə alınıb. Yırtıcılar ev sahibinə məxsus 40 hindquşunu, 1 ördəyi və 12 toyuğu  parçalayıb. Təsərrüfatının 70 ev quşundan ibarət olduğunu bildirən zərərçəkən hadisənin baş verdiyi vaxt heç bir səs eşitmədiyini qeyd edib .Yırtıcıların hücumu nəticəsində İ. Muradova min manatdan artıq ziyan dəyib.
 
Əraziyə Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşları gəlib. Onlar ərazini dezinfeksiya ediblər.
 
Sakinlər onu da bildirib ki, bundan öncə də sözügedən ərazidə yırtıcıların evlərə hücum etməsi faktları baş verib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.