Hadisə

Paytaxtda sürət iki nəfəri xəstəxanaya saldı - FOTO

22 Noyabr 2014 09:24
0 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Nərimanov rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın məlumatına görə, qəza Təbriz və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində qeydə alınıb. Tural Malik oğlu Məmmədbəylinin idarə etdiyi "VAZ 21015" markalı avtomobillə Vidadi Baxşeyş oğlu Məmmədovun idarə etdiyi "Daewoo" toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yaralılara ilkin tibbi yardım göstəriblər. Avtomobillər isə yararsız hala düşüb.
 
Olay yerinə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları müvafiq ekspertizalar təyin ediblər. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya həm yüksək, sürət həm də işıqforun işləməməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.