Hadisə

Bakıda zəncirvari qəza olub - FOTO

22 Noyabr 2014 09:09
0 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda sürət həddinin aşılması zərcirvari yol qəzasına səbəb olub.

APA-nın məlumatına görə, qəza  Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Qəza zamanı 26 yaşlı Əli Məcidov idarə etdiyi "BMW" markalı maşınla  Rəşid İsmayılov küçəsi istiqamətində hərəkətdə olub. Dairədən yola doğru çıxan sürücü qəfil idarəetməni  itirib.
 
Nəticədə "BMW"  yol kənarında dayanan "VAZ 2107" markalı maşına çırpılıb.  Zərbənin təsirindən maşın  iki "Mercedes"i vurub.  "BMW" "Ford" markalı yük maşınına çırpıldıqdan sonra dura bilib. Hadisə yerinə gələn  yol polislərinin apardığı ilkin araşdırma zamanı məlum olub ki, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.