Hadisə

Gəncədə 4 min manatlıq DƏLƏDUZLUQ

21 Noyabr 2014 23:40
Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Gəncə şəhər sakini, 42 yaşlı Rövşən Abdıyev şəhər sakini, 52 yaşlı Mübariz Vəliyevin pulunu mənimsəyib. Məlumata görə, Abdiyev Mübariz Vəliyevin yaşadığı evin qanunsuz tikililərinin rəsmiləşdirilməsi məqsədi ilə ondan 4 min manat pul alaraq gedib. O, saxlanılıb.

Bundan başqa Gəncədə silsilə oğurluqlar törədən 23 yaşlı Şəki rayon sakini Araz Nəzirov da saxlanılıb. O, şəhərin Nizami küçəsində yerləşən qadın salonundan 1 ədəd don, 1 ədəd parik, Vaqif küçəsində yerləşən mağazadan bir ədəd qolbağı və bir ədəd qızıl üzük, Atatürk prospektində yerləşən kosmetika mağazasından 2 ədəd qadın və kişi qol saatları, qadın parfümeriyaları və bijüteriyalar oğurlayıb. Hazırda Daşkəsən rayonunun Xoşbulaq kəndində kirayədə yaşayan Nəzirov Gəncə şəhərində maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.