Hadisə

Quba-Xınalıq yolu açıldı - YENİLƏNİB

3 Noyabr 2014 17:23
6 Şərh     Baxış: 6 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güclü qar səbəbindən bağlanan Quba-Xınalıq yolu açılıb.


17:23

Bu barədə APA-ya Quba 6 saylı Yol İstismar İdarəsinin (Yİİ) sahə rəisi Bilal Sultanov məlumat verib. Onun sözlərinə görə, səhər saatlarından etibarən yolun qardan təmizlənməsi və açılması üçün əraziyə 6 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Texnikanın köməkliyi ilə Xınalıq istiqamətində avtomobillərin hərəkəti üçün yaranmış məhdudiyyət tam aradan qaldırılıb.

Qeyd edək ki, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti dayanmışdı.


----------
09:52

Ötən gündən başlayaraq Quba rayonuna yağmağa başlayan qar bir sıra fəsadlar törədib

APA-nın verdiyi məlumata görə, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.

Quba 5 saylı Yol İstismar İdarəsindən (Yİİ) APA-ya verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür.

Hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.