Hadisə

Hava limanı istiqamətində qəza - FOTO

1 Noyabr 2014 10:03
0 Şərh     Baxış: 1 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hadisə yolun yüksək sürətli zolağında baş verib

Milli.Az pressaz.com saytına istinadən xəbər verir ki, bu səhər saat 07:00 - 07:30 radələrində "Suraxanı qovşağı" yaxınlığında üzü hava limanı istiqamətində olan yolda avtoqəza baş verib. Hadisə yolun yüksək sürətli zolağında baş verib.

İlkin ehtimala görə, avtoqəzaya səbəb 90-XD-218 dövlət nömrə nişanlı "Ford" markalı avtomobilin digər avtomobilə arxa tərəfdən toqquşması olub. Hadisə nəticəsində sürücülərdən biri yüngül bədən xəsarətləri alıb.

DYP əməkdaşlarının tez bir zamanda hadisə yerinə cəlb olunması yolda yaranacaq tıxacın qarşısını alıb.

Araşdırmalar aparılır.

Hadisədən fotonu sizlərə təqdim edirik.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.