Hadisə

Paytaxtda avtobus qəzası - FOTO

1 Noyabr 2014 09:16
0 Şərh     Baxış: 2 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Paytaxtın Yasamal rayonunda avtobusla minik maşını toqquşub.

APA-nın məlumatına görə, 27 yaşlı Nurəli Məmmədovun idarə etdiyi "Daewoo" markalı avtobus Məhəmməd Xiyabani küçəsi ilə Bakı Dairəvi Yolu istiqamətində hərəkətdə olan zaman əks tərəfdən gələn, 21 yaşlı Vəli Şıxəlizadənin idarə etdiyi "Hyundai" markalı minik maşını ilə toqquşub.

Qeyd edək ki, 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobus bazaya yollanırmış. Faktla bağlı araşdırmalar aparılır. Hadisənin hansı səbəbdən baş verməsi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.