Hadisə

Lexus kişinin ömrünü tən yarıda kəsdi

1 Noyabr 2014 09:02
2 Şərh     Baxış: 1 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Göygöldə yolu keçmək istəyən piyadanı avtomobil vurub. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə 50 yaşlı Göygöl rayon sakini Elxan Məmmədov xəstəxanaya gətirilib.

Həkimlərin müayinəsindən sonra məlum olub ki, Elxan Məmmmədov kəllə-beyin travması alıb və o ölüb. İlkin məlumata görə, Elxan Məmədovu "Lexus" markalı avtomobil vurub və sürücü özü yaralını xəstəxanaya gətirib. Sürücünün kimliyi və hadisənin baş vermə səbəbləri barədə araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.