Hadisə

Bakıda daha bir avtobus biabırçılığı - VİDEO

31 Oktyabr 2014 16:50
0 Şərh     Baxış: 2 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Marşrut avtobusunun sürücüsü ya rəngləri seçə bilmir, ya da işıqforda dayanmaq ona qadağandır

Bakıda ən çox kobud qayda pozuntularına yol verən marşrut avtobusları arasında 288 saylı marşrut məşhurdur. Bu avtobusların sürücləri nəyə və kimə arxayın olublarsa, qoşa xətti tapdalamaq, işıqforun qırmızı işığından keçmək, qarşı yola çıxmaq, dayanacaqdan kənarda saxlamaq kimi əməllər onların arasında adi hala çevrilib. Və nədənsə, DYP əməkdaşları arasında da bəziləri 288 saylı marşrut avtobuslarının qayda pozuntusunu görəndə üzünü çevirir.

Avtosfer.az-ın təqdim etdiyi bu videoda da kobud qayda pozuntusuna yol verən avtobus 288 saylı marşrut üzrə hərəkət edir. Göründüyü kimi, işıqforun qırmızı işığı yanır və bütün sürücülər dayanıb gözləyir. Ancaq 288 saylı avtobusun sürücüsünün başının ölçüsü o qədər böyükdür ki, özünü hamıdan ağıllı hesab edir və qarşı yola çıxaraq qəza şəraiti yaratmaqla qırmızı işıqda hərəkəti davam etdirir.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.