Hadisə

Azərbaycanda bir yolda 2 qəza: 6 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

31 Oktyabr 2014 12:27
0 Şərh     Baxış: 2 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
09:54

Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, Tovuzun Qovlar şəhərindən Gədəbəyin Saratovka kəndinə gedən yolda müxtəlif vaxtlarda iki yol qəzası baş verib.  Rayonun Alakol kənd sakini, 31 yaşlı  Elməddin Hüseynov idarə etdiyi "VAZ 21-06" markalı maşınla  hərəkətdə olarkən "Mercedes" markalı maşınla toqquşub.

Nəticədə sürücü də daxil olmaqla "06"nın sərnişinləri - Əhmədabad kənd sakini, 52 yaşlı Saleh Mustafayev, onun həyat yoldaşı, 42 yaşlı Zəminə Mustafayeva, sürücünün həyat yoldaşı, 22 yaşlı Səriyyə Hüseynova xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstələrdən ikisi ambulator müayinə olunub. Digərlərinin vəziyyəti isə kafi qiymətləndirilir.

Növbəti qəzada Tovuzun Yanıqlı kənd sakini, 22 yaşlı Cavanşir Əhmədov sürücüsü olduğu "VAZ-2105" markalı avtomobili yol kənarındakı maneələrə çırpıb. Nəticədə sürücü və onun sərnişini, 23 yaşlı Xasay Əhmədov xəsarət alıblar. Yaralılar Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Növbətçi həkimin verdiyi məlumata görə, xəstələrə lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.

Hər iki faktın dəqiq baş vermə səbəbi Tovuz Polisinin araşdırmasından sonra bəlli olacaq.

Milli.Az

----------
12:27

Böyütmək üçün şəkillərə klikləyin.




-----------
11:07

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.