Hadisə

Bakıda qəza: 3 nəfər ağır xəsarət aldı - FOTO

31 Oktyabr 2014 09:08
0 Şərh     Baxış: 1 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gecə Bakının Sabunçu rayonu ərazisində 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Zabrat qəsəbəsində qeydə alınıb. Balaxanı qəsbəsinə dönmək istəyən "VAZ-2107" markalı avtomobil qarşıda dayanan başqa bir "VAZ-2107"yə arxadan çırpılıb. Bundan sonra qarşı yola çıxan "VAZ-2107" qarşıdan gələn "Hyundai" markalı maşınla toqquşub. Qəza nəticəsində "Hyundai"ın sürücüsü, 22 yaşlı Mollazadə Səddam Məhəmməd oğlu, eləcə də, "VAZ-2107"nin sürücüsü, 31 yaşlı Mikayılov Namiq Əlirəhmət oğlu və sərnişin, 32 yaşlı Hüseynov Natiq Əlihüseyn oğlu xəsarət alıblar. Hər üç yaralı ağır vəziyyətdə 3 saylı şəər klinik xəstəxanasına çatdırılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.