Hadisə

Azərbaycanda avtomobil aşıb, polis ölüb - YENİLƏNİB

29 Oktyabr 2014 22:05
0 Şərh     Baxış: 2 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:05

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının həkimi Şahin Quliyevin sözlərinə görə yaralının həyatını xilas etmək mümkün olmayıb.
 

--------
21:15

Samuxda avtomobil aşıb.

Samux rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Əhmədbəyli kəndi ərazisində baş verib.

Samux rayon sakini, 1990-cı il təvəllüdlü Həmzəyev Rza Rövşən oğlu idarə etdiyi "VAZ 2109" markalı avtomobillə hərəkətdə olarkən avtomobili aşırdıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan R. Həmzəyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Rza Həmzəyev Samux rayon Polis Şöbəsinin Post Patrul xidmətinin əməkdaşıdır. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.