Hadisə

Bakıda 24 yaşlı qız zorlandı, soyuldu, atıldı

25 Oktyabr 2014 17:42
5 Şərh     Baxış: 5 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Nizami rayonunda zorlama hadisəsi baş verib.

Bu barədə teleqraf.com-a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Rəhman adlı şəxs 1991-ci il təvəllüdlü Sevdanı (ad şərti verilib) işə düzəltmək adı ilə idarə etdiyi "VAZ-2107" markalı maşınına mindirib və Dərnəgül şosesesində yerləşən evlərdən birinə aparıb. Rəhman adlı şəxs həmin evdə 24 yaşlı qıza güc tətbiq edib və onu zorlayıb.

Rəhman 24 yaşlı qızla cinsi əlaqədə olandan sonra onu döyüb və qızın əl çantasında olan 150 manatını və mobil telefonunu alıb. O, qızı idarə etdiyi avtomobillə Həsən Əliyev küçəsinə gətirib və orada düşürüb.

Təcavüzə məruz qalan qız hadisə ilə bağlı polisə şikayət edib. O, şikayətində hadisənin oktyabrın 24-də, saat 17-18 arasında baş verdiyini qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.