Hadisə

Bakıda restoranda biabırçılıq: toydakı bir şapalağın səsi yaman bərk çıxdı - YENİLƏNİB

25 Oktyabr 2014 18:36
4 Şərh     Baxış: 9 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
18:36

Oktyabrın 24-ü gecə saatlarında Nizami rayon ərzisində yerləşən "Ay işığı" şadlıq sarayında toyda kütləvi dava baş verib.
 
Milli.Az bildirir ki, axar.az-a verilən məlumata görə, şadlıq sarayında başlanan kütləvi əlbəyaxa daha sonra küçədə davam etdirilib. Restoranın qarşısında mərəkə qopub və dava edən şəxsləri ayırmaq mümkün olmayıb. Məlumata görə, hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları gəldikdən sonra sakitlik yaranıb. Polis dava edənlərdən bir neçə nəfəri saxlayıb.
 
Mübahisənin nə ilə bağlı yarandığı bilinmir. Yalnız dava edən şəxslərin toyda həddən artıq çox spirtli içki qəbul etdikləri qeyd edilir.
 
Axar.az-a göndəriln videokadrlardan da görünür ki, toy məclisindən başlanmış qovğa gecə saatlarında "Ay işığı"nın qarşısında davam edib (Videoda söyüş işlədildiyindən onu oxucularımıza təqdim edtmirik - red.). Hadisə zamanı xəsarət alanların olduğu da bildirilir.
 
Qeyd edək ki, Azərbaycan toylarında, restoranlarda kütləvi dava normaya çevrilib. Əsasən əyalətlərdə rast gəlinən bu "milli natamamlıq ənənəsi" artıq paytaxtda da yaşanır. Son olaraq "Oazis" restoranındakı davanı qeyd etmək olar. Bu hadisədə xəsarət alanlar, bıçaqlananlar olmuşdu. Sonda isə tərəflər arasında barışıq əldə olundu və cinayət işi arxivə göndərildi.

--------
15:49

Ötən gün Bakının tanınmış restoranında baş verdiyi iddia olunan hadisə ilə bağlı yeni faktlar üzə çıxıb.

Milli.Az xəbər verir ki, ilkin məlumatda qeyd olunurdu ki, "Ay işığı" restoranında Fuad Əzizağa oğlu Kərimli həyat yoldaşı Aytən Nizami qızını döyərək xəsarət yetirib.

Hadisə ilə bağlı ilkin olaraq adıçəkilən restoranla əlaqə saxladıq. "Ay işığı"ndan bildirdilər ki, onlarda bu cür hadisələr olur, ancaq kimsə öz arvadına şillə vurursa, restoran buna görə heç bir cavabdehlik daşımır.

""Ay işığı"nın ümumilikdə dörd korpusu var. Və burada 700-800 arası qonaq yığışır. Əgər hansısa ər arvadına şillə vurursa, o bizim cavabdehliyimizdə deyil. Ola bilsin ki, ötən gün həmin ər arvadını restorandan kənarda döyüb, ancaq ondan heç bir məlumatımız yoxdur".

Nizami Rayon Polis İdarəsindən isə əməkdaşımıza bildirdilər ki, hadisə ötən axşam olub. Ancaq polis idarəsinə bu gün səhər müraciət edilib.

"Ötən gün Fuad Əzizağa oğlu yoldaşı ilə toyda olub. Şadlıq evində həddindən artıq spirtli içki qəbul edən şəxs özünü idarə edə bilməyib. Toydan evə gəldikdə isə kişi arvadını döyərək xəsarətlər yetirib".

-----------
14:45

"Ay işığı" restoranında dava düşüb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, dünən Çobanzadə küçəsi, 2405-ci məhəllədə yerləşən "Ay işığı" restoranında qalmaqal baş verib.

İnsident zamanı Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Fuad Əzizağa oğlu Kərimli xuliqanlıq zəminində arvadı, 1987-ci il təvəllüdlü Aytən Nizami qızını döyərək xəsarət yetirib.

Hadisə ilə bağlı polis araşdıma aparır.

Ceyhun Ələkbərov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.