Hadisə

Tərtərdə dövlət qurumlarını soyan şəxs qandallandı

25 Oktyabr 2014 14:11
0 Şərh     Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tərtər Rayon Polis şöbəsi (RPŞ) əməkdaşları tərəfindən Kəlbəcər rayon sakini Qurban Məhəmmədli şübhəli şəxs qismində saxlanılaraq RPŞ-yə aparılıb və üzərinə baxış zamanı 88 ədəd açar və 27 ədəd yaddaş kartı götürülüb.

Q.Məhəmmədlinin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, cari ilin aprel-iyul ayları ərzində Tərtər Şəhər İcra nümayəndəliyinin inzibati binasında yerləşən rayon qeydiyyat şöbəsinin işçisi Elşən Quliyevin xidməti otağından 80 manat, yaddaş kartı, rayon peşə məktəbinin direktoru Faiq Məmmədovun xidməti otağından 500 manat, Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Tərtər rayon şöbəsinin işçisi Nazim Səfərovun xidməti otağından 330 manat və yaddaş kartı oğurlaması müəyyən edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.