Hadisə

Bakıda "Toyota" və "VAZ 2107" toqquşub - FOTO

25 Oktyabr 2014 09:48
0 Şərh     Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Binəqədi rayonunda qəza baş verib. APA-nın məlumatına görə, hadisə 8-ci mikrorayon, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. Qəza zamanı "Toyota" və "VAZ 2107" markalı avtomaşınlar toqquşub.

"Toyota"nın sürücüsü Əli Əsgərov gözləmə yol nişanının tələbini pozaraq "VAZ 2107"nin yoluna çıxıb. Toqquşma nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları gəliblər.
 
Hər iki avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı Binəqədi Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.