Hadisə

Toydan çıxan kişinin ayaqlarını maşın qırdı

25 Oktyabr 2014 09:34
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, qəza hadisəsi saat 23 radələrində şəhərin Keçid küçəsi adlanan ərazidə baş verib. Toy mərasimindən çıxan Qəhrəman İsmayılov yolu keçmək istəyərkən "VAZ 21 011" markalı avtomobil tərəfindən vurulub. Qəza nəticəsində Qəhrəman İsmayılov ağır bədən xəsarətləri alıb. Yaralı dərhal hadisəni törədən sürücü tərəfindən Gəncə şəhər 3 saylı TTYX-ya çatdırılıb.

Həkimlərin apardığı müayinə zamanı müəyyən olub ki, Qəhrəman İsmayılovun hər iki ayağı sınıb. Yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.