Hadisə

"Toyota"nı əzən sürücü taksiyə minib qaçdı - FOTO

25 Oktyabr 2014 09:19
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gecə saatlarında Xəzər rayonu Mərdəkan qəsəbəsində  yol nəqliyyat hadisəsi baş verib. APA-nin məlumatına görə, qəza Mərdəkan-Buzovna yolundakı yol ayrıcında qeydə alınıb. Hələlik kimliyi məlum olmayan "Toyota" markalı minik avtomobilinin sürücüsü  idarəetməni itirib. Avtomobil yol ayrıcındakı dəmir qoruyuculara çırpılıb. Xoşbəxtlikdən, ölən olmasa da avtomobil yararsız vəziyyətə düşüb. Sürücü isə taksiyə minərək ərazidən uzaqlaşıb.
 
Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Avtomobil evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.