Hadisə

Gəncədə məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın

24 Oktyabr 2014 21:15
0 Şərh     Baxış: 1 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhərində 3 saylı Peşə liseyinin yataqxanasında yanğın baş verib.

Nizami prospekti ilə Xətai prospektinin kəsişməsində yerləşən 5 mərtəbəli yataqxananın dam örtüyündə başlayan şiddətli yanğını FHN-nin yanğınsöndürən briqadası söndürməyə çalışır. Hələ ki, alovu ram etmək mümkün olmayıb.

Qeyd edək ki, həmin binada məcburi köçkünlər məskunlaşıb. Hazırda sakinlər hadisə yerindən evakuasiya olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.