Hadisə

Bakıda avtobus sürücüsündən insanlığa sığmayan əməl

24 Oktyabr 2014 14:10
0 Şərh     Baxış: 3 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda sərnişin avtobusu 15 yaşlı qızı vuraraq hadisə yerindən qaçıb.

Bakı Şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə S.Ə.Şirvani küçəsində qeydə alınıb.

Belə ki, naməlum avtobus 1999-cu il təvəllüdlü Təhminə Səfərovanı vurub. Qız ağır bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

Xətai Rayon Polis İdarəsi 34-cü polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində T.Səfərovanı vuraraq hadisə yerindən qaçmaqda şübhəli bilinən 1969-cu il təvəllüdlü Elman İsmayılov idarə etdiyi "Daewoo" markalı avtobusla birlikdə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.