Hadisə

Azərbaycanda iki minik maşını toqquşdu: 3 yaralı - YENİLƏNİB - VİDEO

24 Oktyabr 2014 16:26
0 Şərh     Baxış: 1 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün saat 10:30 radələrində Şəki ərazisində yol qəza hadisəsi baş verib. Qəza zamanı iki minik avtomobili toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


12:37


Milli.Az Kanal S-ə istinadən bildirir ki, yüksək sürət və sürücü diqqətsizliliyi növbəti dəfə qəzaya səbəb olub. Hadisə Şəki-Qax yolunun 15-ci km-də Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. Qəza zamanı Şəki sakini Əliyev Yəhyanın idarə etdiyi 55-BD-706 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə Balakən sakini Hüseynov Novruz Əsəd oğlunun idarə etdiyi 08-BF-435 dövlət nömrə nişanlı "VAZ-21099" markalı avtomobil toqquşub. Nəticədə "099"un sürücüsü və onun iki sərnişini - Gürcüstan vətəndaşı Bayramova Roza Rəsul qızı və Balakən sakini Muradov Akif Seyfulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. "VAZ-2107"nin sürücüsünün sözlərinə görə, qəzaya digər avtomobilin sürücüsü səbəb olub.

İlkin ehtimallara görə, qəzaya səbəb "VAZ-21099"un sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra bəlli olacaq.

Milli.Az

---------
16:26

Videonu izləmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.