Hadisə

Faciəli şəkildə ölən azərbaycanlı alpinist Murad Aşurlu harada dəfn olunacaq?

24 Oktyabr 2014 12:52
2 Şərh     Baxış: 2 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Himalay dağlarında faciəli şəkildə ölən azərbaycanlı alpinist Murad Aşurlu ABŞ-da dəfn olunacaq.

Bu barədə APA-ya Azərbaycan Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov məlumat verib.

Onun sözlərinə görə, M. Aşurlu yüksək qayalıq ərazidə ipin qırılması nəticəsində yıxılaraq həlak olub. Hava şəraiti ilə əlaqədar onun meyitini iki gün hadisə baş verən ərazidən çıxarmaq mümkün olmayıb: "İki gündən sonra meyit tapılaraq ərazidən çıxarılıb. Hazırda sənədləşmə işləri aparılır. Yəqin ki, sənədləşmə işləri bu gün tamamlanar. Sənədləşmə işləri başa çatandan sonra mərhumun cənazəsi ABŞ-a aparılacaq və ailəsinin istəyi ilə orada dəfn olunacaq".

Qeyd edək ki, 42 yaşlı Murad Aşurlu Himalay dağlarında hündürlüyü 6856 metr olan Ama Dablam yüksəkliyindən enərkən hündürlükdən yıxılaraq həlak olub. O, Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun əmisi oğludur.

İsrafil Aşurlu da hadisə ilə əlaqədar Nepala gedib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.