Hadisə

Goranboy sakini qəzada həlak olub

24 Oktyabr 2014 10:54
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Goranboyda 1 nəfərin ölümüylə nəticələnən qəza baş verib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Goranboy rayonunun Dəliməmmədli şəhər sakini, 41 yaşlı Fikrət İsmayılov avtoqəzada aldığı xəsarətlə bağlı xəstəxanaya gətirilib. Xəstənin vəziyyəti ağır olduğundan o, dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər Fikrət İsmayılova tibbi yardım göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb, o, 15 dəqiqədən sonra ölüb. 

Fikrət İsmayılova kəllə-beyin travması, eləcə də döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Qəza Bakı-Qazax yolunun Goranboy rayonundan keçən hissəsində baş verib və Fikrət İsmayılovu xəstəxanaya yoldan keçən vətəndaşlar gətiriblər. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.