Hadisə

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

24 Oktyabr 2014 09:12
0 Şərh     Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Heydər Əliyev prospekti ilə Keşlə qəsəbəsi istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Təxminən 40-45 yaşlı piyada hadisə yerində dünyasını dəyişib. Sərxoş olduğu bildirilən piyadanın üzərindən heç bir sənəd tapılmayıb. Adı açıqlanmayan sürücü isə Nərimanov Rayon Polis İdarəsinə aparılıb.
 
Qeyd edək ki, hadisə yerindən bir qədər aralıda yeraltı piyada keçidi olsa da, piyada yolu keçmək üçün keçiddən istifadə etməyib.
 
Faktla əlaqədar Nərimanov Rayon Polis idarəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.