Hadisə

Qaradağda həlak olanlardan birinin adı bilindi

23 Oktyabr 2014 23:49
0 Şərh     Baxış: 3 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakının Qaradağ rayonunda baş verən dəhşətli yol qəzasında həlak olanlardan birinin adı məlum olub.

Milli.Az anspress-ə istinadən bildirir ki, qəza zamanı ölənlərdən biri 11-ci sinif şagirdi Qeys Abışovdur.

Digər ölənin adını müəyyənləşdirmək hələlik mümkün olmayıb. Bu istiqamətdə araşdırmalar davam edir.

Qeyd edək ki, yaralıların çoxu bir-birinə qohumdur. Onlar Sumqayıt şəhərinə toy məclisinə gedirmiş.

Xatırladaq ki, Bakı-Qazax yolunun 16-cı kilometrliyində baş verən qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 14 nəfərin şəxsiyəti bəllidir. Bunlar aşağıdakılardır:

1994-cü il təvəllüdlü Abdulla Pəhləvan oğlu Abışov, 2007-ci il təvəllüdlü Yasər Səid oğlu Məmmədov, 1983-cü il təvəllüdlü Yulanə Abduləzim qızı Məmmədova, 1973-cü il təvəllüdlü Rafiq Kamran oğlu Səfərəliyev, 2009-cu il təvəllüdlü Saray Gülşad qızı Əsədova, 1989-cu il təvəllüdlü Vüsalə Abdulla qızı Əsədova, 1989-cu il təvəllüdlü Tural Şahsuvar oğlu Əsədov, 1989-cu il təvəllüdlü Heyran Məhəmməd qızı Məmmədova, 1965-ci il təvəllüdlü İmdad Azad oğlu Məmmədov, 1982-ci il təvəllüdlü Nurlan Soltan oğlu Sultanov, 2009-cu il təvəllüdlü Tural Mirabbas oğlu Əsədov, 1985-ci il təvəllüdlü Xəyalə Abdulla qızı Abdullayeva.

Qəza zamanı ölən şəxslərin cəsədi Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ Rayon şöbəsinə yerləşdirilib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.