Hadisə

"Total"ın həlak olmuş prezidenti bazar ertəsi dəfn olunacaq

23 Oktyabr 2014 17:01
0 Şərh     Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Moskvanın "Vnukovo" aeroportunda təyyarə qəzasında həlak olmuş "Total" neft şirkətinin prezidenti Kristof dö Marjeri bazar ertəsi dəfn ediləcək.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Frans Press" agentliyinə istinadən xəbər yayıb.

Bundan əvvəl K.Marjeri ilə vida mərasiminin Parisdə, dəfnin isə ailəsinin evinin olduğu Sen-Per-sür-Mer şəhərinin qəbiristanlığında keçiriləcəyi bildirilmişdi.

Dünyanın ən iri neft-qaz şirkətlərindən birinin prezidenti olan K.Marjeri çərşənbə axşamına keçən gecə Moskvanın "Vnukovo" aeroportunda baş vermiş təyyarə qəzasında həlak olub. Prezidentin şəxsi təyyarəsi qartəmizləyən maşınla toqquşub. K.Marjeri ilə birlikdə ekipajın 3 üzvü də həlak olub. Onların hamısı fransız olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.