Hadisə

Bakıda dəhşətli avtobus qəzası: ölənlər və yaralananlar var - YENİLƏNİB - FOTO - VİDEO 18 +

23 Oktyabr 2014 19:41
2 Şərh     Baxış: 12 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bugünkü dəhşətli qəzada ölənlərin adları məlum oldu


19:41


Bu gün Bakının Qaradağ rayonunda baş verən yol qəzasında yaralananların adları məlum olub. Milli.Az xəbər verir ki, Klinik Tibbi Mərkəzdən (KTM) APA-ya verilən məlumata görə, Bakı-Qazax yolunun 16-cı kilometrliyində baş verən qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 14 nəfər xəstəxanaya yerləşdirilib.

Onlar aşağıdakılardır: 1994-cü il təvəllüdlü Abdulla Pəhləvan oğlu Abışov, 2007-ci il təvəllüdlü Yasər Səid oğlu Məmmədov, 1983-cü il təvəllüdlü Yulanə Abduləzim qızı Məmmədova, 1973-cü il təvəllüdlü Rafiq Kamran oğlu Səfərəliyev, 2009-cu il təvəllüdlü Saray Gülşad qızı Əsədova, 1989-cu il təvəllüdlü Vüsalə Abdulla qızı Əsədova, 1989-cu il təvəllüdlü Tural Şahsuvar oğlu Əsədov, 1989-cu il təvəllüdlü Heyran Məhəmməd qızı Məmmədova, 1965-ci il təvəllüdlü İmdad Azad oğlu Məmmədov, 1982-ci il təvəllüdlü Nurlan Soltan oğlu Sultanov, 2009-cu il təvəllüdlü Tural Mirabbas oğlu Əsədov, 1985-ci il təvəllüdlü Xəyalə Abdulla qızı Abdullayeva KTM-dən həmçinin bildirilib ki, qəza zamanı xəstəxanaya gətirilən sərnişinlərin ikisinin adını müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Qəza zamanı ölən şəxslərin cəsədləri Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ Rayon şöbəsinə yerləşdirilib. Şöbədən APA-ya verilən məlumata görə, qəza zamanı ölən iki nəfərin şəxsiyyəti hələlik məlum deyil.

---------
16:09


Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildirblər ki, yol qəzasında 15 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
 

Bundan əvvəl 10-dan artıq insanın xəsarət aldığı deyilmişdi.

Dəqiqləşdirilməmiş məlumatlara görə isə hadisə nəticəsində ölənlər də var. Lakin ölənlərin dəqiq sayı açıqlanmır.


---------
15:54


Bakıda sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb

Hadisə Bakı-Qazax yolunun 16-cı kilometrliyində, Qaradağ rayonu ərazisində, Heydər Əliyev adına Dərin Özüllər Zavodunun qarşısında qeydə alınıb. 

APA-nın verdiyi məlumata görə, 90 JB 642 dövlət nömrə nişanlı, "Ford" markalı yük maşını ilə 10 LK 183 dövlət nömrə nişanlı "Ford" markalı sərnişin mikroavtobusu toqquşub. İlkin məlumata görə, qəza zamanı mikroavtobusda olan iki nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alıb.

Meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən mikroavtobusdan çıxarılıb.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, qəza hadisəsi nəticəsində müxtəlif xəsarətlər alan 11 nəfər təcilli tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.

Hazırda yol polisi hadisə yerində araşdırma aparır.

Milli.Az

---------
18:15

Böyütmək üçün şəkillərə klikləyin.




----------
17:14

Videonu izləmək üçün şəkilə klikləyin.



--------
17:07

Böyütmək üçün şəkillərə klikləyin.



----------
16:09

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.