Hadisə

Qadını vuraraq öldürən "Shacman"ın sürücüsü hadisə yerindən qaçdı

23 Oktyabr 2014 10:32
0 Şərh     Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 1929-cu il təvəllüdlü Verdiyeva Zəhra Ələkbər qızı yolu keçərkən sürətlə hərəkət edən "SHACMAN" markalı yük maşını onu vurub. Yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.  85 yaşlı qadın aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücünün tapılması üçün hazırda polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.